Ölkədə qızıl-gümüş bazarında SON QİYMƏTLƏR bahalaşır


Digərləri 14 Mar 2018 21:01:11 203 0

Ölkədə qızıl-gümüş bazarında SON QİYMƏTLƏR bahalaşır

Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb

Bakı. Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb. Qızılın qiyməti təxminən 14,88 manat (0,7 faiz) artaraq 1 troy unsiyası üçün 2 257,25 manat təşkil edib. Trend-in məlumatına görə, son 30 gün ərzində (14 fevral - 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub - 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb - 2 234,94 manat 2018-ci ilin fevralın 14-dən martın 14-dək qızıl qiymətlərinin dəyişiklik qrafiki (faktiki qiymətlər, manatla): Mənbə: Azərbaycan Mərkəzi Bankı Bununla belə, 30 günlük müddətdə qızılın ucuzlaşmasına baxmayaraq ilin əvvəlindən qiymətlər 33,47 manat (1,5 faiz) artıb. Trend-ə görə, gümüş 0,9 faiz bahalaşaraq 1 unsiya üçün 28,2536 manata çatıb. Platinin qiyməti 1 646,773 manatadək (0,7 faiz artıb), palladiumun qiyməti isə 1 668,219 manatadək (1,44 faiz artım) artıb. Ad 14.03.18 13.03.18 Qızıl XAU