Layihə idarəçisi: TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək


Digərləri 14 Mar 2018 20:23:31 254 0

Layihə idarəçisi: TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu TAP layihəsinin İtaliya üzrə idarəçisi Mario Elia deyib.

M.Elia TAP-ın strateji layihə olduğunu bildirib: "Belə ki, bu layihə Avropada qazın daha rəqabətədavamlı qiymətlərini təmin edəcək. Bundan başqa, TAP Avropanın enerji təhlükəsizliyini təmin etməklə enerji müstəqilliyini möhkəmləndirməyə imkan verəcək".

O qeyd edib ki, boru kəmərinin ilkin buraxılış gücü ildə 10 milyard kubmetr qaz təşkil edəcək, bu da Avropada 7 milyon ailəni qazla təmin etməyə kifayət edəcək: