Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Digərləri 14 Mar 2018 20:00:46 98 0

Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) yaranmasının 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Bu xəbəri də oxu: Şabranda 20 hektar ərazi yandı

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, KİV rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: "Bildiyiniz kimi bir neçə gün bundan əvvəl Mətbuat Şurasının VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ümummilli lider Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası həmişə cəmiyyətimizdə, jurnalist ictimaiyyəti arasında və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da qurumun yaranması haqqında danışıb. O qeyd edib ki, yarandığı 15 il ərzində Mətbuat Şurası Azərbaycanda söz və fikir azadlığının möhkəmlənməsində, media, cəmiyyət və hakimiyyət arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb.

Ə.Amaşov qeyd edib ki, MŞ bütün Azərbaycan jurnalistlərinin təşkilatına çevrilib: "Mətbuat Şurasının yaranmasına dövlət kömək etdi, bizə hər cür şəraiti olan ofis bağışladı. Jurnalistlərin peşəkarlığının artırılması, sosial problemlərinin həlli, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Mətbuat Şuası tərəfindən irəli sürülən təkliflər dövlət tərəfindən araşdırılıb və müsbət qərarlar qəbul edilib. Biz güclü medianın tərəfdarıyıq, bunun üçün reklam mühitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı təşəbbüslərlə çıxış edəcəyik".

17 yaşlı baldızını zorladı like
  • 14 Mar 19:54  
Dünya 17 yaşlı baldızını zorladı

Bacısının əri 17 yaşlı qızı anasının gözü önündə zorlayıb.

arrow Ətraflı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək like
  • 14 Mar 19:46  
Siyasət Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin ş

arrow Ətraflı
Təmas xəttində növbəti monitorinq keçiriləcək like
  • 14 Mar 19:46  
Digərləri Təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitori

arrow Ətraflı
Adriana türk sevgilisini ailəsi ilə görüşdürdü  FOTO like
  • 14 Mar 19:45  
Digərləri Adriana türk sevgilisini ailəsi ilə görüşdürdü FOTO

Adriana Metinlə ailəsinin görüşü zamanı çəkilmiş fotosunu sosial şəb

arrow Ətraflı
Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib like
  • 14 Mar 19:44  
Digərləri Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Mətbuat Şurasının (MŞ) yaranmasının 15 illiyinə həsr olunmu

arrow Ətraflı
Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO) like
  • 14 Mar 19:35  
Digərləri Bakıda Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfrans keçirilir (FOTO)

“Nizami və milli ədəbiyyat – mədəniyyət nəzəriyyələri dəyişən s

arrow Ətraflı
Reytinq daha bir serialın sonu oldu like
  • 14 Mar 19:23  
Digərləri Reytinq daha bir serialın sonu oldu

“Kanal D”nin daha bir serialı final qərarı alıb

arrow Ətraflı
Millimiz Ukraynaya uduzdu like
  • 14 Mar 19:20  
İdman Millimiz Ukraynaya uduzdu

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib

arrow Ətraflı