Layihə idarəçisi: TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək


Digərləri 14 Mar 2018 20:01:00 247 0

Layihə idarəçisi: TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək

TAP İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) layihəsi İtaliyanı Avropanın əsas enerji qovşaqlarından birinə çevirəcək. Trend-in məlumatına görə, bunu TAP layihəsinin İtaliya üzrə idarəçisi Mario Elia deyib. M.Elia TAP-ın strateji layihə olduğunu bildirib: "Belə ki, bu layihə Avropada qazın daha rəqabətədavamlı qiymətlərini təmin edəcək. Bundan başqa, TAP Avropanın enerji təhlükəsizliyini təmin etməklə enerji müstəqilliyini möhkəmləndirməyə imkan verəcək".