Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib VİDEO FOTO


Digərləri 14 Mar 2018 19:51:38 314 0

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib  VİDEO  FOTO

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.


Xəbərə aid fotolar