İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib


Digərləri 14 Mar 2018 18:46:00 263 0

İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib

Şahin Mustafayev İrana səfəri zamanı Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri zamanı Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinin İrana səfərindən məmnunluq ifadə edilib, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə və İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb, sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, səhiyyə və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edir və bu layihələr ölkələrimizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, digər ölkələrə də fayda verəcək. Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin