Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı fərman imzalayıb


Digərləri 14 Mar 2018 18:23:00 61 0

Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Bu xəbəri də oxu: Bu rayonların qazı kəsiləcək

Bakı. Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olub, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilib. Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir. Dövlət başçısı bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qərara alıb: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi: - elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin; - dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin; - “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün; - dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin; - elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün; - “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; - Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; - “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; - bu fərmanla verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Prezidentinə hesabat versin. Bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilir. Müəyyən edilir ki, bu fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etmək; dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görmək; “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb. Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Prezidentinə təqdim edəcək. Vergilər Nazirliyinə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etmək tapşırılıb. Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"CinemaPlus" kinoteatrında "Güc sahibi" filminin qalagecəsi keçirilib like
  • 14 Mar 18:20  
Digərləri "CinemaPlus" kinoteatrında "Güc sahibi" filminin qalagecəsi keçirilib

Gənclik Mall TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında m

arrow Ətraflı
Bakı metrosunda növbəti sərgi keçiriləcək like
  • 14 Mar 18:18  
Digərləri Bakı metrosunda növbəti sərgi keçiriləcək

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə Macarıstanın Bakı

arrow Ətraflı
Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək olub like
  • 14 Mar 18:10  
Digərləri Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək olub

Azercell Telekom MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı

arrow Ətraflı
Prezident İlham Əliyev Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırıb like
  • 14 Mar 18:08  
Siyasət Prezident İlham Əliyev Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırıb

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə

arrow Ətraflı
Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər like
  • 14 Mar 18:06  
Kriminal Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər

Azərbaycanın Dağınıq Oda (ADO) teatrı dörd aydır ki, küçə tamaşalar

arrow Ətraflı
"Qaradağ" yenə uduzdu, autsayder turu qələbə ilə başa vurdu like
  • 14 Mar 18:04  
İdman "Qaradağ" yenə uduzdu, autsayder turu qələbə ilə başa vurdu

Azərbaycan I Divizionunda 18-ci tura yekun vurulub. Goal.az xəbər verir ki, &

arrow Ətraflı
Kreml Londonun ultimatumuna cavab verdi like
  • 14 Mar 18:02  
Dünya Kreml Londonun ultimatumuna cavab verdi

Kreml Londonun ultimatumuna cavab verib.

arrow Ətraflı
Zaxarova Britaniya baş nazirinə cavab verib like
  • 14 Mar 18:01  
Dünya Zaxarova Britaniya baş nazirinə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyü

arrow Ətraflı
SON DƏQİQƏ: 12 kənd terrorçulardan azad olundu  FOTO like
  • 14 Mar 18:00  
Dünya SON DƏQİQƏ: 12 kənd terrorçulardan azad olundu FOTO

Türkiyə Silahlı Qüvəlləri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin Gev

arrow Ətraflı
3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi like
  • 14 Mar 17:58  
Digərləri 3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə tə

arrow Ətraflı
Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb like
  • 14 Mar 17:55  
Digərləri Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb

Bakı, Sumqayıt və Biləsuvar sakinlərində narkotik vasitə aşkarlanıb.

arrow Ətraflı