Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb


Digərləri 14 Mar 2018 18:28:37 216 0

Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bakı. Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli ŞPŞ-yə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxana kimi istifadə olunan obyektdən televizorun oğurlandığı barədə məlumat verib. Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq şöbəyə gətirilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Ətraflarında aparılan araşdırmaların davamı olaraq həmin şəxslərin etdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, Mingəçevir şəhər sakinininə məxsus mənzildən 8 min manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən edilib.