Məhkəmə Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimə bəraət verib


Sosial 14 Mar 2018 18:07:00 98 0

Məhkəmə Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimə bəraət verib

Məhkəmə prosesi başa çatıb

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Qəmbərova bəraət verilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər like
  • 14 Mar 18:06  
Kriminal Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər

Azərbaycanın Dağınıq Oda (ADO) teatrı dörd aydır ki, küçə tamaşalar

arrow Ətraflı
"Qaradağ" yenə uduzdu, autsayder turu qələbə ilə başa vurdu like
  • 14 Mar 18:04  
İdman "Qaradağ" yenə uduzdu, autsayder turu qələbə ilə başa vurdu

Azərbaycan I Divizionunda 18-ci tura yekun vurulub. Goal.az xəbər verir ki, &

arrow Ətraflı
Kreml Londonun ultimatumuna cavab verdi like
  • 14 Mar 18:02  
Dünya Kreml Londonun ultimatumuna cavab verdi

Kreml Londonun ultimatumuna cavab verib.

arrow Ətraflı
Zaxarova Britaniya baş nazirinə cavab verib like
  • 14 Mar 18:01  
Dünya Zaxarova Britaniya baş nazirinə cavab verib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyü

arrow Ətraflı
SON DƏQİQƏ: 12 kənd terrorçulardan azad olundu  FOTO like
  • 14 Mar 18:00  
Dünya SON DƏQİQƏ: 12 kənd terrorçulardan azad olundu FOTO

Türkiyə Silahlı Qüvəlləri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin Gev

arrow Ətraflı
3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi like
  • 14 Mar 17:58  
Digərləri 3 yaşlı uşağın qətlində təqsirləndirilən həkimə bəraət verildi

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə tə

arrow Ətraflı
Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb like
  • 14 Mar 17:55  
Digərləri Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana götürülüb

Bakı, Sumqayıt və Biləsuvar sakinlərində narkotik vasitə aşkarlanıb.

arrow Ətraflı
"Şirin"in xanımı ilə yeni FOTOLARI like
  • 14 Mar 17:52  
Şou-biznes "Şirin"in xanımı ilə yeni FOTOLARI

"Bozbash pictures"in aktyoru Nicat Rəhimovun həyat yoldaşı ilə fo

arrow Ətraflı
Qadını şantaj edən Hövsan sakini tutuldu like
  • 14 Mar 17:51  
Digərləri Qadını şantaj edən Hövsan sakini tutuldu

Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvaye

arrow Ətraflı
“AİM” ASAN İnkişaf Modeli proqramı like
  • 14 Mar 17:50  
Digərləri “AİM” ASAN İnkişaf Modeli proqramı

"ASAN Könüllüləri" Təşkilatı regionlarda təhsil alan orta mək

arrow Ətraflı
Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib (FOTO) like
  • 14 Mar 17:46  
Digərləri Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib (FOTO)

Dövlət Agentliyi Ağdaş rayon icra hakimiyyəti ilə birlikdə mart və aprel

arrow Ətraflı
Gənc futbolçu Belçikada həbs olunub like
  • 14 Mar 17:43  
İdman Gənc futbolçu Belçikada həbs olunub

Hollandiyalı gənc yarımmüdafiəçi İsmail H`Maydat ölkəsind

arrow Ətraflı