Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər


Kriminal 14 Mar 2018 18:06:30 257 0

Azərbaycanda yaş paltara görə tamaşanı qadağan etdilər

Azərbaycanın Dağınıq Oda (ADO) teatrı dörd aydır ki, küçə tamaşaları keçirilməsi ilə bağlı çətinliklərlə qarşılaşıb.

Bu haqda açıqlamanı teatrın özü yayıb. 

Teatrdan bildirilib ki, küçə tamaşaları etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciət edib:

"Rəsmi müraciətlərə bir neçə dəfə eyni qaydalı cavablar gəlib. Nazirlik deyib ki, bu işə meriya baxır, meriya isə deyir ki, bu məsələ nazirliyin səlahiyyətindədir. Lakin sonuncu müraciətdə meriya bildirdi ki, küçə performansına icazə verilməsi üçün nazirliyin rəyi olmalıdır".

Qeyd olunub ki, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ADO-ya gəlib və küçə tamaşaları silsiləsindən "Hamam" və "Qadın Səsi"ni izləyiblər.

Tamaşanı izləyən nazirliyin Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə tamaşalardan birinə "hə", digərinə isə "yox" cavabını verib.