Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb


Digərləri 14 Mar 2018 17:33:32 179 0

Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb

Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Bakı. Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçənin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfatlanma işləri bitmək üzrədir. Yaxın günlərdə bu hissə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində isə hərəkətin normal təşkili üçün yeni yol ayrıcları inşa edilir, kənarlarına səki daşları düzülür. Yaxın günlərdə sözügedən hissənin də asfaltlanması işlərinə start veriləcək. Təbriz küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı.