Britaniya hökumətinin məmurları dünya çempionatına getməyəcək


İdman 14 Mar 2018 17:25:00 291 0

Britaniya hökumətinin məmurları dünya çempionatına getməyəcək

Böyük Britaniya hökumətinin məmurları və kraliçanın ailə üzvləri Rusiyada keçiriləcək dünya çempionatını izləməyə getməyəcək. Goal.az xəbər verir ki, bunu ölkənin baş naziri Tereza Mey təsdiqləyib. Rusiya və Britaniya arasında siyasi gərginlik Baş Kəşfiyyat İdarəsinin polkovniki Serqey Skripalın zəhərlənməsindən sonra başlanmışdı. Rəsmi Londonun xeyrinə casusluqda ittiham olunan Skripal 2006-cı ildə Rusiyada 13 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan Amerikada saxlanılan casuslarla dəyişdirilmişdi.