Cerrard: "Yəqin ki, Mourinyo və yetirmələri "Sevilla" ilə düşəndə sevinmişdilər"


İdman 14 Mar 2018 17:07:00 255 0

Cerrard: "Yəqin ki, Mourinyo və yetirmələri "Sevilla" ilə düşəndə sevinmişdilər"

"Liverpool"un sabiq kapitanı Stiven Cerrard "Manchester United"in "Sevilla"ya uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırmasından danışıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"United" belə qapalı oynamalı deyildi. Hesab edirəm ki, "Sevilla"nı məğlub etmək olardı. Bu klub o qədər də güclü sayılmır. Ben-Yedder meydana çıxmayana qədər onlar "manikunianlar"ın qapısı qarşısında ciddi təhlükə yaratmırdı. Son illərdə ispanlar bir sıra aparıcı futbolçularını əldən çıxarıb. 1/4 finalda hər kəs "Sevilla" ilə qarşılaşmağı arzulayacaq.

"Manchester United" Çempionlar Liqasında irəli getmək istəyirsə, 3-4 səviyyəli futbolçu transfer etməlidir. Onlar daha çox pul xərcləməlidir. Bir neçə gün öncə onlar "Liverpool"a qalib gəlmişdi. Yəqin ki, Mourinyo və yetirmələri püşkdə "Sevilla" çıxanda sevinmişdilər. Amma onlar lazımi səviyyədə oynamadı. İki görüşün heç birində layiq olduqlarını almadılar".