Bakı-Şamaxı yolunun sürüşmə zonası ilə bağlı QƏRAR verildi


Digərləri 14 Mar 2018 17:02:00 244 0

Bakı-Şamaxı yolunun sürüşmə zonası ilə bağlı QƏRAR verildi

Bakı - Şamaxı - Yevlax avtomobil yolunun 16 kilometrlik sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq.

Bakı. Samir Əli - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 16 kilometrlik sürüşmə zonasına düşən hissəsi yenidən qurulacaq. Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobli Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, yolun 101-ci kilometrliyindən 117-ci kilometrliyinə qədər olan hissəsinin yenidən qurulması üçün sənədlər hazırlanıb, layihə təsdiqlənib: "Artıq yolun həmin hissəsinin əsaslı qurulmasına başlanır, hazırlıq işləri görülüb. Yaxın günlərdə yolun təmirinə start veriləcək".