Gəncədə yol qəzasında xəsarət alanların kimlikləri məlum olub


Sosial 14 Mar 2018 16:47:00 252 0

Gəncədə yol qəzasında xəsarət alanların kimlikləri məlum olub

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar "VAZ-2106" markalı avtomobildəki Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Nurlana Sahil qızı İsgəndərova və onun övladları - 7 yaşlı Yüsif Hümmət oğlu Məmmədov və 9 yaşlı Nihad Hümmət oğlu Məmmədovdur. 

Hər üç şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. "VAZ-2106" və "QAZel" markalı avtomobillər toquşub. Yaralılardan ananın vəziyyəti qənaətbəxşdir, övladları isə ambulator müalicə olunub. Hər iki avtomobilin sürücüsü isə xəsarət almayıb.