Xanım aparıcını küçədə döyən şəxsi polis tapdı


Şou-biznes 14 Mar 2018 16:42:00 265 0

Xanım aparıcını küçədə döyən şəxsi polis tapdı

Xəbər verdiyimiz kimi, keçmiş aparıcı Sevinc Camalova küçədə tanımadığı kişi tərəfindən döyülüb.

Son.az-ın 1news.az-a istinadən xəbərinə görə, polis həmin şəxsi tapıb.

Polis idarəsindən bildirilib ki, günahlandırılan şəxs məsələ ilə bağlı izahat verib:

"Xanımın aldığı zədəni müəyyən etmək üçün tibbi-ekspertizaya göndərilib. Şübhəli şəxs həbs olunmayıb, amma ölkədən çıxışına qadağa qoyulub. Hələ istintaq aparılır, məhkəmədən sonra şəxs barəsində qərar veriləcək. O, xuliqanlıqda və sağlamlığa qəsdən zərəryetirmədə günahlandırıla bilər".

Qeyd edək ki, Sevinc övladını bağçadan götürəndə tanımadığı bir kişinin ona əxlaqsız sözlər dediyini bildirib:

"Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

Xatırladaq ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.