13 yaşlı qızı zorladığı iddiası ilə öldürüldü


Dünya 14 Mar 2018 16:47:00 237 0

13 yaşlı qızı zorladığı iddiası ilə öldürüldü

Ötən il Türkiyənin Adana şəhərində 17 yaşlı gənc Muhammet Reşit Yıldırım 13 yaşlı qız F.B.-ya təcavüz edərək hamilə qoyduğu iddiasıyla qızın atası tərəfindən öldürülmüşdü.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 80 milyonluq Türkiyə xalqının qarğışı ilə dəfn olunan gəncin uşağın atası olmadığı üzə çıxıb.

Məhkəmə heyəti, zorlamadan dünyaya gəldiyini iddia edilən uşağın öldürülən Muhammet Reşit Yıldırımın övladı olub-olmadığını müəyyən etmək məqsədi ilə DNT testi keçirilməsini tələb edib. Bu səbəblə məhkəmə təxirə salınmışdı.  

Muhammet Reşit Yıldırımdan götürülən nümunələr yoxlanılmaq üçün Adana Kriminal Polis Laboratoriyası İdarəsinə göndərilib. DNT testi körpənin Reşitin övladı olmadığını üzə çıxarıb. Testin nəticəsi qızın atasının iddialarını əssasız çıxarıb. Tək oğlu öldürülən ata isə üsyan edib:


Xəbərə aid fotolar