Sizi vahimə basdı? Məni də...


Digərləri 14 Mar 2018 16:18:00 305 0

Sizi vahimə basdı? Məni də...

Bir baxın, sosial şəbəkələrin əsas xəbər lentində nələr baş verir...

Оverton pəncərəsindən dünyaya baxmaq istəməzdim...

Bilirsiniz ki, bəziləri istəsələr, insestdən adamyeyənliyə qədər hər şeyi leqallaşdıra bilərlər? Çox yüksək səviyyədə inkişaf etmiş və az bir sayda insanın xəbəri olan bir elm var ki, təmamilə təsadüfən onunla tanış olmayana kimi, mən də bilmirdim...

Demə, artıq yüzilliklərdir ki, dünyanın bir sıra ölkələrində insan kütləsinin başını qatıb, bu və ya digər axarla istənilən tərəfə yönəltmək üçün elmi - tədqiqat institutları fəaliyyat göstərir. Bəli, məhz başlarını qatıb, müxtəlif qüvvələrin maraqlarını insanların beyninə yeritmək üçün hər il milyonlarla pullar xərclənir. Əlbəttə ki, sonunda sifarişçilər birə min qazanmış olurlar. Sizə deyim ki, bu gün dünya bazarında ən bahalı məhsul  bir məlumatdır, bir də insanların zehninə birbaşa psixoloji təsir göstərərək onu istənilən tərəfə yönləndirə biləcək texnologiyalar.

Unikal  psixoloji  texnologiyaları işləyib hazırlayan institutlar haqqında, əlbəttə ki, geniş insan kütləsinə məlum deyil.

Çox leqal, amma reklamsız - filan çalışdıqları üçün orada çalışan alimlər haqqında da açıq  informasiya mərkəzlərində, o cümlədən internetdə də çox az məlumat var. 

Amma bu texnologiyalardan biri haqqında sizə danışmaq istərdim. Fikirləşəndə görürsən ki, bu ideya dəhşət sadədir və indiyə kimi öz effektivliyini sübuta yetərincə göstərib.

Tanış olun, Overton pəncərəsi!

Overton pəncərəsi - Makinsky İctimai Siyasət Mərkəzinin keçmiş vitse-prezidenti Cozef Overton tərəfindən düşünülüb işlənilmiş siyasi texnologiyadır.  

Overtonun fikrincə, bu gün həmin texnologiyalardan istifadə etməklə əvvəllər mühüm əhəmiyyət kəsb edən məsələlərə cəmiyyətin münasibəti tam radikal dəyişdirilir. Əsasən də, bu homoseksuallığın və eyni cinsli nikahların qanunlaşdırılması və normalaşdırılmasına aiddir.

Overton çox dəqiq göstərir ki, normal cəmiyyətə zidd olan fikirlər və ideyalar, demək olar ki, mənfurluq dərinliklərindən qaldırılaraq yuyulub təmizlənir, bəslənir və sonunda qanunlarla möhkəmlənir. Overtonun yaratdığı pəncərə ideyasına əsasən, cəmiyyətdə istənilən problem üçün "imkanlar pəncərəsi" mövcuddur ki, onun çərçivəsində həmin problem tədricən geniş müzakirə və təbliğ olunur, açıqça dəstəklənir və qanunlaşdırılır.

Sonra isə "imkanlar pəncərəsi"ni genişləndirib problemi "cəmiyyət tərəfindən təmamilə qəbul olunmayan" dərəcədən "geniş müzakirə olunan və qanun çərçivəsində bərkidilmiş aktual siyasət" dərəcəsinə çatdırırlar.

Bir fikir var ki, bu texnologiyadan istifadə edərək homoseksuallıq və eyni cinsli nikahlar kimi həm də pedofiliyanın, insestin və evtanaziyanın (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) leqallaşması yaxın illərdə baş tutacaq.

Elə bu vaxtlarda, siz məqaləni oxuyan zaman isə Overton texnologiyası ilə fahişəliyin, adamyeyənliyin, insestin leqalizasiyasını təbliği aparatı işə salınıb, asta sürətlə, amma istiqamətini dəyişmədən finişa doğru irəliləyir...

Sizi vahimə basdı? Məni də...

"Overton pəncərəsi" nəzəriyyəsinə görə kütlələrin şüuru daima təzyiq altındadır. Bizim sizinlə zövqümüzün və mənəvi prinsiplərimizin demontajı artıq başlayıb və yavaş - yavaş davam edir.

Bugünkü qlobal geosiyasi qarşıdurma - requlyar orduların, dağıdıcı silahların, ekonomik sistemlərin və dini ideyaların savaşı deyil, hər şeydən əvvəl müxtəlif "mənəvi prinsiplərin" döyüşü deməkdir.

Sizcə, əsasən köhnəfikirli konservativ kütləvi şüura kimlərə isə lazım və həmin cəmiyyətin mənəvi prinsirlərinin tam əksi olan bir ideyanı hansı yollarla təbliğ etmək mümkündür?

Amerikalı mühəndis və politoloq Cozef Overtonun təhlükəli siyasi texnologiyasını araşdırsaq, görərik ki, fokusun sirri - təbliğatın tədricən həyata keçirilməsindədir.

Sözü gəlmişkən, Cozef Overton 43 yaşında, şəxsi həyatının və karyerasının ən parlaq anında avtomobil qəzasında həyatını itirmişdir.

"Günlərin bir günü Səadət gördü ki, balaca oğlu Tural atlardan qorxur... o, oturacaqdan bir az hündür olan poni aldı. Belə kiçik atcığazdan qorxmaq mümkün deyildi və Tural böyük həvəslə poniyə minib onu sürürdü. Bir müddətdən sonra Səadət Turalı poni - kluba yazdırdı. Buradakı atlar evdəki ponidən bir az daha hündür idilər. Cəmi 3 - 4 ildən sonra isə Tural, əlbəttə ki, böyük atlara da minib sürəcək. Fokus - tədricilikdədir!"

Boris Akunun "Qara şəhər"