Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək


Kriminal 14 Mar 2018 16:09:00 292 0

Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək

Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, gecə də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Dirijor Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimov, solist isə Ayan Qurbanova (mezzo-soprano) olacaq. Proqramda V. Allahverdiyevin əsərləri səslənəcək.