Binəli Yıldırım: “Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”


Siyasət 14 Mar 2018 15:44:00 317 0

Binəli Yıldırım: “Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”

"Türkiyə hər zaman Azərbaycanın yanındadır"

“Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

"Azərbaycanın Dağlıq Qarabağ məsələsi təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə, B.Yıldırım əlavə edib.