Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 16ci tiraj keçiriləcək


Digərləri 14 Mar 2018 15:42:00 414 0

Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 16ci tiraj keçiriləcək

"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, Mart ayının 15-də, saat 10:00-da "Muğanbank Çek" üzrə 16-cı tiraj keçiriləcəkdir.

"Muğanbank Çek"-lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd "Muğanbank Çek" dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri  50 manatdır. "Muğanbank Çek" sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır. 

"Muğanbank Çek" dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Muğanbank Çek sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.