“Quska” Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı


Digərləri 14 Mar 2018 15:49:45 127 0

“Quska” Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro ayırdı

Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər bu kimi şəxsləri dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.

Son.az xəbər verir ki, ölkə.az-a Avropada fəaliyyət göstərən diaspora dairələrindən daxil olan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev yuxarıda adları qeyd olunan şəxsləri bir araya gətirərək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib. 

"Mafiyoz bəstəkar" kimi tanınan Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir və digər "siyasi narazılar"dan Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.

Hüseyn Abdullayev başladılacaq kampaniyalar üçün də həmin təxribatçıların lazımı qədər vəsaitlə də təmin olunacağına söz verib. 

Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında da kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı "düşmən" obrazı yaradılsın. Daha sonra Hüseyn Abdullayev Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı Orduxan Teymurxanın dayanmasını istəyib. 

Müzakirələrdən sonra təxribatçı qrup üzvləri dərhal Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.

Mənbənin məlumatına görə, artıq Hüseyn Abdullayev ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. Hüseyn Abdullayev vəsaitin davamlı olacağını söz verib.  

Onların yaşayış tərzi və həyatı normal əxlaqa sığmadığı üçün bu cür ləyaqətsiz və şərəfsiz tapşırığı can-başla qəbul edib işə başlayıblar.

Çünki "moşennik" Hüseyn Abdullayevin nə savadı, nə də intelektual səviyyəsi imkan vermir ki, çıxıb sağlam mübarizə aparsın.

Ona görə də küyə gedən ağılsız gənclərdən "kukla" kimi istifadə edir.  Əslində Azərbaycan xalqı "Quska"nın hansı yuvanın quşu olduğunu gözləl bilir. Ona görə də "moşennik iş adamı" kimi ad çıxaran Hüseyn Abdullayevin ümidi təxribatçı qrupa qalıb.   

Qeyd edək ki, Azərbaycan cəmiyyətində "mafiyoz deputat" obrazı yaratmış Hüseyn Abdullayevin son illər mütəmadi olaraq Avropada erməni dairələri ilə gizli görüşlər keçirməsi və onlardan maliyyə vəsaiti alması barədə xəbərlər yayılır. Bu baxımdan Hüseyn Abdullayevin bu tıxribatçılara çirkin məqsədlər üçün ayırdığı vəsaitin erməni fondlarından qaynaqlanması istisna deyil. 

"Quska" vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı "qoçu dəstələri" ilə hücum çəkirdi.

2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.

Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb. Buradan isə müntəzəm olaraq Azərbaycan xalqını, dövlət məmurlarını təhqir edərək düşmən dəyirmanına su töküb.

Haqqında küllü miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi açılan və beynəlxalq axtarışa verilən "Quska" Almaniyadan yeni fotosunu paylaşmışdı. Fotodan da göründüyü kimi, Hüseyn Abdullayevin kefi yerindədi və haqqında cinayət işinin açılmasına baxmayaraq şəkildə kifayət qədər arxayın görünürdü. Bu isə onun Qərbdə özünə yeni havadarlar tapdığını bir daha üzə çıxarırdı.

Monçi: "Roma" Çempionlar Liqasında yarımfinala çıxsa..." like
  • 14 Mar 15:47  
İdman Monçi: "Roma" Çempionlar Liqasında yarımfinala çıxsa..."

"Roma" Çempionlar Liqasının 1/8 final mərhələsində "Shakhtar"u m&uu

arrow Ətraflı
BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO) like
  • 14 Mar 15:46  
Digərləri BSU professorunun kitabı Türkiyə mətbuatının gündəmində (FOTO)

Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həs

arrow Ətraflı
12ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək like
  • 14 Mar 15:46  
Digərləri 12ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək

16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qid

arrow Ətraflı
Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 16ci tiraj keçiriləcək like
  • 14 Mar 15:42  
Digərləri Muğanbankın baş ofisində "Muğanbank Çek" üzrə 16ci tiraj keçiriləcək

"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən ba

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov etməyə cəhd edən like
  • 14 Mar 15:37  
Digərləri Azərbaycanda qanunsuz ov etməyə cəhd edən

Martın 13-də saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli m

arrow Ətraflı
Paytaxtda avtobus yanıb like
  • 14 Mar 15:33  
Digərləri Paytaxtda avtobus yanıb

Bakının Nizami rayonunda yanğın baş verib.

arrow Ətraflı
"Uşağı şikəst etməyin, peyvənd vurdurmayın" like
  • 14 Mar 15:33  
Digərləri "Uşağı şikəst etməyin, peyvənd vurdurmayın"

Övladınızın gələcəyi naminə bir hiylə işlədə bilərsiniz. İlk peyv

arrow Ətraflı
Suraxanıda mənzildən kişi meyiti tapılıb like
  • 14 Mar 15:31  
Digərləri Suraxanıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən 49 yaşlı kişi meyiti tapılıb.

arrow Ətraflı
Belaruslu futbolçu: “Bizi Azərbaycanla maraqlı oyun gözləyir” like
  • 14 Mar 15:29  
İdman Belaruslu futbolçu: “Bizi Azərbaycanla maraqlı oyun gözləyir”

“Yığmanın formasını geyinməyə həmişə hazıram”.

arrow Ətraflı
Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı like
  • 14 Mar 15:28  
Dünya Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya hesab olunub.

arrow Ətraflı
Tanış olduğu 21 yaşlı qızı evinə apardı like
  • 14 Mar 15:24  
Dünya Tanış olduğu 21 yaşlı qızı evinə apardı

Gecə saatlarında içkili olaraq bir avtobus dayanacağında qarşılaşan c

arrow Ətraflı
Ermənistan ən yoxsul 3 MDB ölkəsindən biridir like
  • 14 Mar 15:23  
Digərləri Ermənistan ən yoxsul 3 MDB ölkəsindən biridir

Ermənistan ən yoxsul MDB ölkələrinin ilk üçyünə daxil olub.

arrow Ətraflı
Kriptovalyuta bazarında nə baş verir? like
  • 14 Mar 15:19  
Dünya Kriptovalyuta bazarında nə baş verir?

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

arrow Ətraflı
Sabah 4 nazirin Bakıda ilk görüşü keçiriləcək like
  • 14 Mar 15:17  
Siyasət Sabah 4 nazirin Bakıda ilk görüşü keçiriləcək

Martın 15-də Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər

arrow Ətraflı