Kriptovalyuta bazarında nə baş verir?


Dünya 14 Mar 2018 15:19:00 230 0

Kriptovalyuta bazarında nə baş verir?

Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 9 min dollar həddinə yaxınlaşır.

Daha dəqiq desək, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 2,34% ucuzlaşaraq 9,189 min dollar təşkil edib.