Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına üzrə Koordinasiya komitəsinin yığıncağı keçirilib (FOTO)


Digərləri 14 Mar 2018 15:14:00 241 0

Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun  inkişafına üzrə Koordinasiya komitəsinin  yığıncağı keçirilib (FOTO)

Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib.

Bakı. Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-ni sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Koordinasiya Komitəsinin yığıncağında Ukrayna tərəfinin son dəyişikliklərini nəzərə alaraq, 2018-ci il üçün Cənub-Qərb marşrutundakı xüsusi heyət üçün istifadə olunan vaqon və konteynerlərdə yüklərin daşınmasına dair tariflərin nəzərdən keçirilməsi; Slavkuv-Astara (İran) marşrutu üzrə ilk test konteyner (blok) qatarının göndərilməsi; Universal heyətlə yüklərin (taxıl, bitki mənşəli yağlar, metal məmulatları, tikinti materialları, polietilen, polipropilen, filiz, bitum, şüşə, tomat pastası, quru meyvələr və s.) daşınmasına dair kompleks tariflərinin nəzərdən keçirilməsi; 2018-ci il üçün Cənub-Qərb marşrutu üzrə universal və xüsusi konteynerlərdə təhlükəli yük daşınmasının müzakirəsi və razılaşdırılması; Astara (İran) stansiyasının istismara verilməsindən sonra, Azərbaycan və İrana yükdaşıma tariflərinin Azərbaycan və İran tərəfindən yenidən nəzərdən keçirilməsi və təsdiq edilməsi; Marşrutun dəniz hissəsində (Qara dənizdə) tarif şərtlərinin optimallaşdırmasına dair əldə edilmiş nəticələrin Ukrayna və Gürcüstan tərəflərinə təqdim edilməsi; Azərbaycan, Gürcüstan, İran və Polşa tərəfləri arasında (ay ərzində bir blok-qatardan artıq olmaması şərti ilə) boş konteyner və boş platformaların daşınma ödənişindən azad edilməsi məsələsinin nəzərdən keçirilməsi; bu məsələ üzrə Ukrayna tərəfinin yekun qərarının İşçi qrupuna açıqlanması; Kompleks tariflərinin yerləşdirilməsi haqqında Azərbaycan tərəfinin məlumatının marşrutun veb-səhifəsində, həmçinin marşrut iştirakçılarına təqdim edilməsi və digər strateji əhəmiyyətli məsələlər müzakirə olunub. Tərəflər, müzakirə olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bildiriblər.