Pakistanda azərbaycanlı qadınlar üçün Novruz şənliyi təşkil olunub


Digərləri 14 Mar 2018 14:53:00 234 0

Pakistanda azərbaycanlı qadınlar üçün Novruz şənliyi təşkil olunub

Pakistan Silahlı Qüvvələrinin zabitlərinin və Pakistanda akkreditə olunmuş hərbi attaşelərin xanımları üçün Novruz şənliyi təşkil olunub.

Bakı. Azərbaycannın Pakistan İslam Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən hərbi attaşe aparatı İslamabad şəhərində yerləşən Serena otelində Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin və Pakistanda akkreditə olunmuş hərbi attaşelərin xanımlarının və Pakistanın ictimai fəal xanımlarının, eləcə də bu ölkədə yaşayan Azərbaycan əsilli xanımların iştirakı ilə Novruz bayramı şənliyi təşkil edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə xanım iştirakçılara Azərbaycanın milli qadın geyimləri nümayiş olunmuş, Novruz bayramının adət-ənənələri barədə məlumat verilib və Azərbaycanın milli mətbəxinə aid yeməklər, o cümlədən səbzi plov, yarpaq dolması, qutab, ləvəngi, paxlava, şəkərbura, qoğal, üzərində Azərbaycan bayrağı təsvir olunmuş tort və digər milli təamlar təqdim olunaraq onların hazırlanması qaydaları da izah edilib. Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürməsində iştirak edib və qaliblər Azərbaycan milli suvenirləri ilə mükafatlandırılıb. Oynanılan Azərbaycanın milli rəqslərinə, Azərbaycanın Yallısına təşrif buyurmuş qonaqların da qatılması xüsusi rəngarənglik qatıb.