3 yaşlı oğlana siqaret çəkdirən kişi həbs olundu VİDEO FOTO


Dünya 14 Mar 2018 14:43:00 204 0

3 yaşlı oğlana siqaret çəkdirən kişi həbs olundu  VİDEO  FOTO

Səudiyyə Ərəbistanında çəkilən görüntülər valideynlərin narazılığına səbəb olub

.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin qucağına aldığı azyaşlı oğlana siqaret çəkdirməsi əks olunub.

Uşağı qucağına alan şəxsin onun öskürməyinə gülməsi izləyənləri daha da qıcıqlandırıb.

Video sosial şəbəkədə yayıldıqdan sonra kişi saxlanılıb. Polisin verdiyi məlumata görə, videodakı uşaq onun öz uşağı deyil, qohumunun oğludur.


Xəbərə aid fotolar