Bakı Dövlət Universitetində oftalmoloji müayinələr aparılıb


Digərləri 14 Mar 2018 14:47:32 206 0

Bakı Dövlət Universitetində oftalmoloji müayinələr aparılıb

Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bakı. Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb. Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafından danışıb, yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ən son texnoloji avadanlıqlarla təmin olunmuş MOM-un uğurlarına toxunub. Rektor MOM ilə əməkdaşlıq nəticəsində tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasının, oftalmologiya sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqinin, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə və elmi fəaliyyətə cəlb edilməsinin, birgə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, öz növbəsində, təmsil etdiyi mərkəzin fəaliyyətindən ətraflı danışıb, BDU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.