Mövlud Çavuşoğlu: "Rusiya Türkiyənin ən əhəmiyyətli siyasi tərəfdaşlarından biridir"


Dünya 14 Mar 2018 14:32:11 261 0

Mövlud Çavuşoğlu: "Rusiya Türkiyənin ən əhəmiyyətli siyasi tərəfdaşlarından biridir"

Türkiyə XİN: Hər iki ölkənin prezidenti ikitərəfli münasibətlərin sabit inkişafını təsdiqlədi

"Bizim prioritet vəzifəmiz Rusiya ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin sabit inkişafıdır."

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşdən sonrakı brifinqdə deyib.

"Rusiya iqtisadi və sosial-siyasi sahələrdə ən mühüm tərəfdaşlarımızdan biridir. Bizim prioritet vəzifəmiz ikitərəfli münasibətlərin sabit inkişafıdır", - M.Çavuşoğlu vurğulayıb.

O həmçinin bildirib ki, Ankarada Rusiya Mədəniyyət Mərkəzinin ardınca, bu gün Moskvada Yunis Əmrə adına Türk Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb.

Terrorizmlə mübarizə mövzusuna toxunan nazir, bu istiqamətdə əməkdaşlığın ölkələr üçün vacib olduğunu diqqətə çatdırıb: "Terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımızı davam etdirməliyik, cünki, bu, ölkələrimiz üçün təhlükə yaradır."

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyənin bu istiqamətdə əməkdaşlığı Suriya məsələsi kontekstində olduqca faydalıdır.