“Leyla Şıxlinskaya vergiyə görə belə edirdi”


Digərləri 14 Mar 2018 14:29:00 257 0

“Leyla Şıxlinskaya vergiyə görə belə edirdi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid Yeganə Şahnazərova deyib ki, klinikada iki dəfə müalicə alıb: "Qohumlarım pul ödəyib, məbləği bilmirəm". 

Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir: "Ayda bir dəfə mühasibatlıqdan pulumuzu alırdıq. Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı".

Sevda Əlizadə deyib ki, klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləyib: "Mən direktor  təyin edəndə Leyla Şıxlinskaya qarşıma şərt qoydu ki, maliyyə işlərinə qarışmayım. Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin vergiyə görə belə idi. Leyla Şıxliniskayanın hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi. Bütün işçilər də maaşın kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı".