Azərbaycanın iqtisadi potensialı qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir


Digərləri 14 Mar 2018 13:53:00 265 0

Azərbaycanın iqtisadi potensialı qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir. 

Sürətli və dinamik sosial-iqtisadi inkişafa nail olan Azərbaycan artıq özünəməxsus yeni inkişaf modeli ilə fərqlənən uğurlu bir ənənənin əsasını qoymuşdur. 

Ölkəmizin bu uğuru beynəlxalq reytinq agentliklərinin hesabatlarında da təsdiqini tapır. İndi Azərbaycan dünya düzənində islahatlara meyilli ölkə kimi müsbət imic qazanmışdır.  Bunu sübut etmək üçün müxtəlif istiqamətlərdə ölkə iqtisadiyyatını analiz edərək iqtisadi göstəricilərin geniş spektrinə istinad edə bilərik. Lakin lakonik məntiqə söykənsək, ölkədə ümumi daxili məhsulun artım tempi ilə də deyilənləri təsdiq etmək mümkündür. Belə ki, artıq 2005-ci ildən üzü bəri Azərbaycanda ÜDM sıçrayışla inkişaf etmiş, qısa bir zaman kəsimində əsas makroiqtisadi göstəricilərlə dünya ölkələrinin reytinq cədvəllərində nüfuzlu yerlərə sahib olmuşdur. III minilliyin birinci 10 illiyində adambaşına düşən ümumi daxili məhsul 7,5 dəfə artmışdır. 

Bu faktın özü həm də başqa bir baxış bucağından fərqli görünür. Belə ki, keçmiş Sovet İttifaqından qopub ayrılan respublikaların sırasında Azərbaycan ÜDM-in ən yüksək artım tempinə nail olan ölkədir. Azərbaycanın bu uğurunu təmin edən amillər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və sonrakı illər davam etdirilən inkişaf strategiyasının nəticəsidir. İqtisadi islahatların sürətlə reallaşmasında, yeniliklərin tətbiqində Azərbaycanın bütün postsovet respublikalarını qabaqlaması tamamilə təbii xarakter daşıyır.  İqtisadiyyatını inkişaf etdirmək, güclü dövlət olmaq, insanların rifah halını yaxşılaşdırmaq istəyirsənsə, abad yollar salmalısan. İqtisadi islahatların, aqrar sektorun da inkişafı yollardan başlayır. Bu, iqtisadiyyatda islahatlar aparmağa səy göstərən əksər ölkələrin əsas şüarı olsa da, hamı üçün əlyetən arzu deyil.  Bu gün üçüncü ölkələrin ən ciddi problemi magistral, şəhər və kəndarası yolların acınacaqlı vəziyyəti ilə bağlıdır. Yolsuzluq ölkənin müxtəlif bölgələri arasında bütün əlaqələri qırır, iqtisadiyyatın inkişafının qarşısını divar kimi kəsir.