Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub (FOTO)


Digərləri 14 Mar 2018 13:52:56 263 0

Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub (FOTO)

Martın 13-də Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.

Bakı. Martın 13-də Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, 1600 kvadratmetrdən çox sahəsi olan Mədəniyyət-Təhsil Mərkəzinin binası lazımi avadanlıqla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq. Mədəniyyət-Təhsil Mərkəzi Azərbaycan rəhbərliyinin göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq.