“Halal standartın olması təhlükəsizlik göstəricisi deyil”


Digərləri 14 Mar 2018 13:48:00 244 0

“Halal standartın olması təhlükəsizlik göstəricisi deyil”

"Halal" keyfiyyət sertifikatı məhsulların təhlükəsizlik göstəricisi deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur".