“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi TARİX açıqlandı


Digərləri 14 Mar 2018 13:43:00 250 0

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi TARİX açıqlandı

17.03.2018 tarixində “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək.

Bakı. Samir Əli - 17.03.2018 tarixində “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.