"Dövlətimiz elm adamlarının fəaliyyətinə yüksək dəyər verir"


Digərləri 14 Mar 2018 13:39:00 311 0

"Dövlətimiz elm adamlarının fəaliyyətinə yüksək dəyər verir"

Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan insanının intellektual səviyyəsini qaldırmaq, Azərbaycan elmini dünyada öncül yerlərə çıxarmaq üçün bu inkişaf çox vacibdir.

Son.az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır.