Sevgilisi onu kor və huşsuz etdi VİDEO FOTO


Digərləri 14 Mar 2018 13:30:00 278 0

Sevgilisi onu kor və huşsuz etdi  VİDEO  FOTO

Həyatımın iki ili yaddaşımdan silinib. 2016-cı ili, 2015-ci ili xatırlamıram. Universitetdə ikinci kurs yadımdadır, amma 4-cü kurs yox. Hüquq fakultəsində də oxumaq istəyirdim, amma alınmadı, olmadı.

Rusiyanın Novosibirsk şəhərinin sakini, 23 yaşlı Mariya Lebedeva avtombil qəzasından sonra yaddaşını və görmə qabiliyyətini itirib.

Son.az The Siberian Times-a istinadən bildirir ki, Mariyanın zahiri görünüşü də tanınmaz şəkildə dəyişib.

Novosibirskdəki Sibir Su Nəqliyyatı Universitetini bitirmiş Mariya ali təhsil aldığı illərdə "universitetin ən gözəl tələbəsi" adlandırılırdı.

İndi o, yardım istəyir.

Qəza 2016-cı ilin avqustun 20-də baş verib.

2016-cı ildə Mariya universiteti qırmızı diplomla bitirib. 22 yaşlı qız o vaxt fotolarını sosial şəbəkələrdə aktiv şəkildə paylaşırdı. Fotolar arasında buraxılış gecəsində çəkilmiş şəkillər də var. Amma Mariya qəzada yaddaşını itirdiyindən o gecəni xatırlamır.

Mariya yaddaşı ilə bahəm, görmə qabiliyyətini də itirib.

"Gözlərimdə hər şey qaradır, qapqara", - Mariya deyir.

2016-cı ilin avqustun 20-də Mariya vizajist yanına getmişdi. 4 il görüşdüyü sevgilisi Andrey onu evin yanında gözləyirdi.

"Gecikdiyimi anladım və Andreyə zəng vurub dedim ki, gözləməsin. O impulsivdi, bilirdim ki, hirslənəcək, qışqırmağa başlayacaq. Həmin axşam gedəsi yerim yoxdu. Üstəlik, Andrey dostu ilə restoranda oturmuşdu. Amma gecikdim. Maşına oturanda qışqırmağa, bağırmağa başladı, "Haradasan?! Niyə gecikirsən?! dedi". Mübahisə etdik", - Mariya söyləyir.