Harri Keyn dünya çempionatında oynaya biləcək?


İdman 14 Mar 2018 13:30:00 299 0

Harri Keyn dünya çempionatında oynaya biləcək?

"Tottenham" və İngiltərə millisinin hücumçusu Harri Keyn Premyer Liqanın 30-cu turunda "Bournemouth"la oyunda (4:1) zədələnmişdi. Goal.az xəbər verir ki, topuq bağlarında problem aşkarlanan forvard mayın əvvəlinə qədər meydana çıxa bilməyəcək. Keyn son 1 il 6 ayda 3-cü dəfə oxşar zədə ilə üzləşib. Onun 28 apreldə "Watford"la oyuna qədər hazır olması gözlənilir. Bərpa müddəti haqqında dəqiq məlumat yaxın vaxtlarda keçiriləcək tibbi müayinədən sonra məlum olacaq.