Ağdaşda ev oğrusu tiryəklə tutuldu


Digərləri 14 Mar 2018 13:19:11 242 0

Ağdaşda ev oğrusu tiryəklə tutuldu

Ağdaş rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nəbiyev saxlanılıb.

Bakı. Ağdaş rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nəbiyev saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev tutulub.