Arif Alışanova qarşı dələduzluq və onu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin vəsatətləri təmin edilməyib - YENİLƏNİB-2


Sosial 14 Mar 2018 12:40:00 309 0

Arif Alışanova qarşı dələduzluq və onu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin vəsatətləri təmin edilməyib - YENİLƏNİB-2

Məhkəmədə Arif Alışanovun əmək haqqısı ilə bağlı maliyyə arayışının çıxarılması tələb edilib: "O, bu qədər pulu hardan alıb?"

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən Ş.Əkbərov ifadəsini davam etdirib. O qeyd edib ki, A.Alışanovdan birbaşa pul almayıb: "Mən pulu Hacı Babayevdən almışam. İşim ancaq torpaq satıcılarını tapmaq olub. Torpaq satanı tapandan sonra alqı-satıq işinə Hacı baxıb".

Vəkillərin suallarını cavablandıran S.Əkbərov ittihamları rədd edib. O, A.Alışanovu öldürməyə cəhd etmədiyini, onun pulunu mənimsəmədiyini söyləyib: "Arif Alışanov məhkəməyə gəlsin, bütün suallarımı ona verəcəm".

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.

*** 12:08

Bakı. 14 mart.