Frank de Bur Mourinyonun cavabını verdi


İdman 14 Mar 2018 12:36:00 314 0

Frank de Bur Mourinyonun cavabını verdi

Hollandiyalı mütəxəsis Frank de Burla "Manchester United"in baş məşqçisi Joze Mourinyo arasında söz savaşı davam edir. Goal.az xəbər verir ki, De Bur "manikunianlar"ın Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Sevilla"ya uduzmasından (1:2) sonra bunları deyib:

"Mourinyo mənim ən pis baş məşqçi olduğumu deyə bilər. Amma hazırda o, karyerası ərzində, demək olar ki, milyard funt xərclətdirən məşqçidir. Onun komandaları isə gördüyünüz kimi oynayırlar".

Qeyd edək ki, Frank de Bur "Liverpool"la oyundan sonra "United"in gənc ulduzu Markus Reşford barədə danışarkən onun Mourinyonun rəhbərliyi altında oynamasına təəssüflənmişdi. Öz növbəsində, portuqaliyalı mütəxəsis 47 yaşlı həmkarının "Crystal Palace" karyerasına söz atmışdı. De Bur London klubunun məşqçisi kimi 7 oyunun hamısında uduzmuş və komandası 1 qol belə vura bilməmişdi.