AccessBank UNEC tələbələrinin elmi-tədqiqat işlərinin çapına dəstək verib


Digərləri 14 Mar 2018 12:37:23 243 0

AccessBank UNEC tələbələrinin elmi-tədqiqat işlərinin çapına dəstək verib

UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib.

Bakı. Martın 13-də UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib. AccessBank-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan UNEC-in "İqtisadiyyat" fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, tədbir çərçivəsində 70-dək tələbənin elmi-tədqiqat işləri təqdim olunacaq. AccessBank bu işlərin çap olunmasını öz üzərinə götürüb. Fakültə rəhbərinin sözlərinə görə, UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işləri bir biznes strukturunun maliyyə vəsaiti hesabına çap edilir: "AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirirəm və dəstək üçün təşəkkür edirəm. Bu addım biznesin digər nümayəndələrinə də mesaj olmalıdır. Bu, onu göstərir ki, biznes elmə yönəlib. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq". Daha sonra çıxış edən UNEC-in prorektoru Səadət Qəndilova tələbələri aktivliyə səsləyib: "Tələbələr elmə maksimum bağlı olmalıdır. Bu halda biz də arxayın ola bilərik ki, estafeti əmin əllərə ötürəcəyik". AccessBank-a dəstək üçün minnətdarlığını bildirən prorektor ikitərəfli əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.