Range Roverdən yeni rekord:


Digərləri 14 Mar 2018 12:26:00 219 0

Range Roverdən yeni rekord:

Britaniyanın Land Rover avtokonserninin istehsal etdiyi Range Rover Sport SVR modeli yeni rekord vurub.

Son.az bildirir ki, Çindəki Tyanmen dağının zirvəsinə aparan, dünyanın ən təhlükəli və riskli yollarından hesab olunan 11,3 km uzunluğundakı aşırımda Range Rover Sport SVR modeli İtaliyanın Ferrari konserninin istehsalı olan Ferrari 458 Italia modelini sürət baxımından üstələyib.

Hazırda istehsal edilən Land Rover-lər arasında ən sürətlisi olan Range Rover Sport SVR-i test zamanı peşəkar çinli ralliçi Ho-Pin Tun idarə edirdi.

O, 11,3 kilometrlik dolanbac, 99 döngəli yolu 9 əqiqə 51 saniyəyə qət edib.

Bununla da iki il əvvəl italyan ralliçi Fabio Baronenin Ferrari 458 Italia-nın sükanı arxasında müəyyənləşdirdiyi 10 dəqiqə 31 saniyəlik rekord yenilənib.


Xəbərə aid fotolar