Ndlovu Çində qolla başladı


İdman 14 Mar 2018 12:18:00 252 0

Ndlovu Çində qolla başladı

Qış fasiləsində "Qarabağ"dan Çinin “Hançjou Qrintaun” klubuna transfer olunan Dino Ndlovu ilk rəsmi oyununda qol vurub.

Goal.az xəbər verir ki, cənubi afrikalı forvard “Nei Mongol Zhongyou” komandası ilə I Divizionun ilk turundakı matçda fərqlənib. 2:0 hesabı ilə yekunlaşan görüşdə Dino 56-cı dəqiqədə hesabı açıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.