Rumıniyalı deputat Dağlıq Qarabağdan danışdı: İnsanların faciəvi ölümünə səbəb olan münaqişələr regionun sabitliyinə mane olur


Digərləri 14 Mar 2018 12:03:00 160 0

Rumıniyalı deputat Dağlıq Qarabağdan danışdı: İnsanların faciəvi ölümünə səbəb olan münaqişələr regionun sabitliyinə mane olur

Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.

Bakı. Əli Mustafayev - Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir. Bunu Trend-ə Rumıniya parlamentinin deputatı, Azərbaycan və Rumıniya arasında parlament əməkdaşlıq qrupunun rəhbəri Viktor Pol Dobre deyib. O bildirib ki, Rumıniyanın Dağlıq Qarabağla bağlı mövqeyi hər zaman aydın olub: “Bizim uzanmış münaqişələrin dəyərləndirilməsi ilə bağlı mövqeyimiz aydındır. İnsanların faciəvi ölümlərinə və əziyyətlərinə səbəb olan bu cür münaqişələr regionun sabitliyinə və dayanıqlı inkişafına mane olur. Biz bundan sonra da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləməyə davam edəcəyik”.