Bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində növbəti tədbir keçirilib (FOTO)


Digərləri 14 Mar 2018 12:04:00 259 0

Bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində növbəti tədbir keçirilib (FOTO)

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq ödəniş sistemi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.

Bakı. 13 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq ödəniş sistemi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi olub.