Qida Təhlükəsizliyi Agentliyinin loqosu təqdim edilib


Sosial 14 Mar 2018 11:51:01 271 0

Qida Təhlükəsizliyi Agentliyinin loqosu təqdim edilib

Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında memorandum imzalanıb

Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Report" xəbər verir ki, əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.

Agentliyin sədri Qoşqar Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, qurumun həyata keçirdiyi maarifləndirmə aksiyaları çərçivəsində vətəndaşlar qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcək: "Maarifləndirmə işinin də mərkəzə həvalə olunması təsadüfi deyil. Çünki mərkəz peşəkar qurumdur və öz işinin öhdəsindən layiqincə gələcəyinə əminəm"

Tədbirdə həmçinin, Qida Təhlükəsizliyi Agentliyinin loqosu ictimaiyyətə təqdim edilib. Loqonu Bakı Media Mərkəzinin direktoru Orman Əliyev ictimaiyyətə təqdim edib. Loqoda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunub.