"Bizi ermənifobiyada ittiham edirlər"


Digərləri 14 Mar 2018 11:54:00 273 0

"Bizi ermənifobiyada ittiham edirlər"

Bu gün bəzi qüvvələr Tarix İnstitutunun fəaliyyətini kölgə altına salırlar. Sosial şəbəkələrdə yazırlar ki, Tarix İnstitutu yalnız soyqırımları araşdırmaqla məşğuldur. Bizə qara yaxanlar Tarix İnstitutunu ermənifobiyada ittiham edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 1918-ci il - azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ittihamları səsləndirənlər ölkə daxilindəki bəzi qüvvələrdir.