Xaçmazda avtomobil aşdı:


Digərləri 14 Mar 2018 11:56:00 245 0

Xaçmazda avtomobil aşdı:

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı "Opel" markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.