"Tractor" yenə heç-heçə etdi


İdman 14 Mar 2018 11:30:00 301 0

"Tractor" yenə heç-heçə etdi

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Tractor” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 1:1.

Xatırladaq ki, “Tractor” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3. Təbriz klubu ilk xalını ötən tur məhz “Əl-Cəzirə” ilə səfər oyununda qazanmışdı - 0:0.

A qrupunda yer alan “Tractor” hazırda 2 xalla sonuncudur. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə “Əl-Əhli”yə qarşı keçirəcək.