Kriptovalyutaların reklamı qadağan olunur


Digərləri 14 Mar 2018 11:42:00 255 0

Kriptovalyutaların reklamı qadağan olunur

"Google"da kriptovalyuta və binar opsion reklamlarının yerləşdirilməsinə qadağa qoyulacaq.

Bakı. "Google"da kriptovalyuta və binar opsion reklamlarının yerləşdirilməsinə qadağa qoyulacaq. Trend-in məlumatına görə, bu barədə "Google" axtarış sistemini idarə edən ABŞ-ın "Alphabet" holdinqi bəyanat verib. "Alphabet" qadağa qərarını yüksək risk qrupuna aid olan bu maliyyə məhsullarının satışı ilə mübarizə üzrə daha geniş tədbirlərin zəruriliyi ilə izah edib.