Azərbaycan Kazanda Türk Kinosu Festivalında təmsil olunacaq


Digərləri 14 Mar 2018 11:30:03 202 0

Azərbaycan Kazanda Türk Kinosu Festivalında təmsil olunacaq

Festivalın iştirakçıları həmçinin Novruz bayramı şənliklərində iştirak edəcəklər

Kazanda martın 21-25-də Beynəlxalq Türk Kinosu Festivalı keçiriləcək. 

Bu barədə "Report" "Respublika Tatrstan" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, Tatarıstan paytaxtında keçiriləcək festivalda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri iştirak edəcək.

Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır. 

Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.

Bundan əlavə, iştirakçılar həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.